Dias İtaliya klubuna keçə bilər – 60 milyon avroya

Mərakeş millisinin və “Real”ın yarımmüdafiəçisi Brahim Dias yay transfer dövründə Madrid klubunu tərk edə bilər.

Komanda.az “El Nacional” nəşrinə istinadən xəbər verir ki, “Napoli” futbolçuyla maraqlanır. İtaliya klubunun transfer üçün təxminən 60 milyon avro ödəməli olacağı bildirilib. Həmçinin, “Real” da yarımmüdafiəçini bu yay satmağa hazırdır.

Dias 2019-cu ildə 17 milyon avro qarşılığında “Mançester Siti”dən “Real”a transfer olunub. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci il iyunun 30-dək qüvvədədir. 26 yaşlı futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 42 oyunda meydana çıxıb, 2 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button