
MY braziliyalı futbolçunun transferindən vaz keçib
“Mançester Yunayted” “Atalanta”nın braziliyalı yarımmüdafiəçisi Edersonun transferini reallaşdırmaq fikrindən daşınıb.
Komanda.az “Sky Italia”-ya istinadən xəbər verir ki, İngiltərə klubu əvvəlcə 27 yaşlı futbolçunu 35 milyon funt-sterlinq (təxminən 41 milyon avro) qarşılığında heyətinə qatmağa hazır idi. Yayılan xəbərlərin əksinə, transferin baş tutmamasına səbəb oyunçunun fiziki durumu olmayıb. “Qırmızı şeytanlar” diqqətini “Roma”nın fransalı yarımmüdafiəçisi Manu Koneyə yönəltdiyi üçün Edersonun transferindən imtina edib.
“Transfermarkt” portalı 25 yaşlı Konenin dəyərini 50 milyon avro olaraq qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



