İbrahimoviç İngiltərə millisinin futbolçusunu tənqid etdi

İsveçli sabiq hücumçu Zlatan İbrahimoviç İngiltərə millisinin futbolçusu Noni Maduekenin Norveç yığması ilə oyundakı çıxışını tənqid edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“İlk hissədə İngiltərə millisi sanki on nəfərlə oynayırdı. Madueke meydanda idi, amma topla yanlış qərarlar verirdi və passiv görünürdü. Baş məşqçi olsaydım, onu da əvəzləyərdim. O, demək olar ki, heç nə etmədi”.

İngiltərə millisi dünya çempionatının 1/4 finalında Norveç yığmasını 2:1 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib. Komanda növbəti mərhələdə Argentina millisi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button