DÇ-2026: “Argentina millisindən daha yaxşı idik”

İsveçrə millisinin baş məşqçisi Murat Yakın Argentina yığması ilə oyundan (1:3) sonra komandasının çıxışını yüksək qiymətləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, matçdan sonra bunları deyib:

“Oyunun gedişinə baxsaq, Argentina millisindən daha yaxşı idik. Komandamla fəxr edirəm. On nəfərlə də sona qədər mübarizə apardıq. Futbolçularım əsl qəhrəmandırlar”.

İsveçrə millisi Breel Embolonun qırmızı vərəqə almasından sonra ikinci hissənin ortalarından etibarən azlıqda mübarizə aparıb. Komanda bu oyundan sonra turnirlə vidalaşıb. Argentina yığması isə yarımfinalda İngiltərə millisi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button