“Yamal “Barselona” ilə müqavilənin müddətini uzadacaq”

Tanınmış agent Jorje Mendeş “Barselona”nın vingeri Lamin Yamalın gələcəyi ilə bağlı danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, agenti Yamalın “Barselona” ilə müqaviləsinin müddətini uzadacağını bildirib:

“Yamal “Barselona” ilə müqaviləsinin müddətini uzadacaq”.

17 yaşlı futbolçunun anlaşmasının müddətinin 2026-cı ilin ortalarında başa çatacağına baxmayaraq, tezliklə uzadılacaq. Onun kataloniyalılarla yeni sözləşməsinin 2030-cu ilin yayına qədər davam edəcəyi gözlənilir.

Yamal bu mövsüm bütün yarışlarda “Barselona”nın heyətində 35 matçda 11 qol vurub və 16 məhsuldar ötürmə edib. O, əsas komandada debütünü 2023-cü ilin aprelində etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button