Etiraf etdi: Psixoloq yanına gedir

Braziliya millisinin və “Tottenhem”in hücumçusu Riçarlison psixoloq yanına getdiyini etiraf edib.

Komanda.az “Globe Esporte”-yə istinadən xəbər verir ki, 26 yaşlı forvard indi evdə hər şeyin yoluna düşdüyünü bildirib:

“Meydanda mən xoşbəxt komanda oyunçusuyam, komandaya kömək etməyə çalışıram. Amma bəzən hadisələr bizim istədiyimiz kimi olmur. Düşünürəm ki, bu, meydandan kənarda baş verənlərlə bağlıdır, yoluma mane olur. Hər şeyi düzgün etmək istəsən də, hər şey yanlış gedir. Son beş ayda mənim meydandan kənar həyatımda yaxşı hadisələr baş vermədi. İndi evdə hər şey qaydasındadır. Yalnız mənim pulumla maraqlanan insanlar həyatımdan getdi.

İndi hər şey öz axarı ilə getməlidir. Mən İngiltərəyə qayıdıram və psixoloqun qəbuluna gedirəm. Daha güclü olmaq üçün bunu edəcəm. İnanıram ki, millinin növbəti oyunlarına çağırılacaq, “Tottenhem”də çox çalışacam. Əminəm ki, hər şey düzələcək”.

Braziliyalı hücumçu 2023-cü ildə “Tottenhem”də və Braziliya millisinin heyətində 29 oyunda 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button