Xorvatiyalı futbolçu “Atletiko”dan ayrıldı

İspaniyanın “Atletiko” klubu müdafiəçisi Şime Vrsalko ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

30 yaşlı futbolçunun müddəti bitən müqaviləsini yeniləməyə ehtiyac duyulmayıb. İspaniya klubu xorvatiyalı oyunçuya gələcək karyerasında uğurlar arzulayıb.

Vrsalko 2016-cı ildən “Atletiko”da çıxış edirdi. Xorvatiya yığmasının da üzvü olan müdafiəçinin karyerasını Yunanıstanın “Olimpiakos” klubunda davam etdirməsi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button