Alba – 200!

“Barselona”nın İspaniya La Liqasının 3-cü turunda “Osasuna” ilə 2:2 hesablı bərabərliyə razılaşdığı matç Jordi Alba üçün əlamətdar olub.

Komanda.az Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu, “Barselona”nın heyətində La Liqada 200-cü matçını keçirib. 2012-ci ildən Kataloniya klubunda çıxış edən və komanda ilə 8 mövsüm keçirən futbolçu, bu müddət ərzində 200 çempionat, 58 Çempionlar Liqası, 35 kubok, 8 İspaniya superkuboku və 2 klublararası dünya çempionatında olmaqla, ümumilikdə 303 oyunda iştirak edib. Bu oyunlarda 16 qolla yadda qalan futbolçu, bu qolların 9-nu La Liqada vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button