Azərbaycanda futbol klubu məşqdə uşaqlara zərərli içkilər verir FOTO

“Xocalı” uşaq futbol komandasının rəhbərliyi azyaşlı uşaqlara məşqlərdə enerji içkiləri verir.

Komanda.az xəbər verir ki, klubun “feysbuk” hesabında enerji içkisi – “Red bull” içən uşaqların fotosu paylaşılıb və “Xocalı Futbol Klubu futbolçuların qida rasionuna xüsusi önəm verir!” deyə, yazılıb.

Azərbaycanda “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”na görə, 18 yaşdan aşağı uşaqlara enerji içkilərinin satışı qadağandır.