“Xırda follar, verilməyən penalti…” – Ayxan Abbasov

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 9-cu turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra bunları söyləyib:

“Üzücü məğlubiyyət oldu. Futbolçular meydanda çox əziyyət çəkdi. Birinci yarıda lazım olan epizodda diqqətsizlik etdik, ikinci yarıa oyunu bərabərləşdirdi, üstünlük də bizdə idi. Amma standartdan yenə qol buraxdıq. Qoldan qabaq rəqib hücumçu müdafiəçimizə dirsək atmışdı. Neçə oyunlardır, penaltilərimizi vermirlər, xırda follara baxmırlar. Bu da bizə baha başa gəlir. Xallar qazana bilmirik. Futbolçulardan oyun baxımından razı qaldıq. Sonluq çatmadı. Neçə oyundur ki, bizə əziyyət verir. Bu da düzələcək. Ruhdan düşmək lazımdır. İlk dövrədə 11 xal qazandıq. Çox da ola bilərdi. Demək ki, ikinci yarı daha çətin keçəcək. Ağır qrafikə girəcəyik. Komandama inanıram. Fasilədən istifadən edib yaxşı hazırlaşmaq lazımdır. Zədəlilərimiz də var idi.

Çempionat uzun marafondur. Petkov mövsümə yaxşı başlamışdı, gəncdir, böyük potensialı var. Bax, ona görə geniş heyət istəyirik ki, rotasiyalar edə bilək. Paçu da ağır zədədən qayıdıb. Yavaş-yavaş özünə gəlir. Futbolçular formada olanda, komandaya təsir edir. İnanırıq ki, onlar özlərinə gələcək”.

Akif Əhmədov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button