Xeyriyyə məqsədilə “Qələbə qaçışı” təşkil ediləcək

Gənclər və İdman Nazirliyi noyabrın 12-də Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərə həsr olunan “Qələbə qaçışı” adlı növbəti xeyriyyə qaçışı təşkil edəcək.

Komanda.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qürurla irəli” şüarı altında keçiriləcək qaçışa qoşulmaq istəyənlər qeydiyyat zamanı xeyriyyə məqsədilə minimum 10 manat iştirak haqqı ödəməlidirlər.

Toplanan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.

“Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürəcəklər. Qaçış 2 müxtəlif (5 km və 10 km) məsafəni əhatə edəcək və 10 km məsafədə finişə ilk çatan iştirakçılar qalib elan ediləcəklər. Qaçış çərçivəsində maraqlı tədbirlər də təşkil olunacaq.

Qeyd edək ki, “Qələbə qaçışı” 2021-ci ildən etibarən keçirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button