Xavi baş məşqçi olacaq – İş yeri məlum oldu

“Barselona”nın və İspaniya millisinin sabiq futbolçusu Xavinin mövsümün sonunda karyerasını bitirəcəyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, 39 yaşlı oyunçu karyerasını bitirdikdən sonra məşqçilik edəcək. Xavi hazırda formasını geyindiyi “Əl Sədd” klubunu (Qətər) çalışdıracaq. Bu barədə “As” nəşri məlumat yayıb.

Xavinin “Əl Sədd” rəhbərliyi ilə bir illik müqavilə imzaladığı bildirilir. Onunla “Betis”də yaxından maraqlanırdı.

1998-2015-ci illər aralığında yetirməsi olduğu “Barselona”nın uğurları üçün çalışmış Xavi, hazırda Qətərin “Əl Sədd” klubunda çıxış edir. O, Kataloniya təmsilçisi ilə 4 dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Xavi İspaniyada bütövlükdə 25 kubok qazanıb ki, bunlardan 8-i La Liqa çempionluğudur. “Barselona”da çıxdığı 767 matçda 85 qol vuran yarımmüdafiəçi, 2000-2014-cü illərdə İspaniya millisində də 133 oyun keçirib. O, milli komandanın heyətində də bir dəfə dünya, iki dəfə Avropa çempionu olub. 2015-ci ildən oynadığı “Əl Sədd” ilə bu il ölkə çempionu olan Xavi, bu komanda ilə də dörd kubok qazanıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button