Xavidən son oyununa çıxan Pike haqda açıqlama

“Barselona”nın baş məşqçisi Xavi İspaniya çempionatının 13-cü turunun “Almeriya” ilə matçından sonra (2:0) müdafiəçi Jerar Pikenin peşəkar karyerasında son oyununu keçirməsini şərh edib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Xavi, Pikeyə çox minnətdar olduqlarını bildirib:

“Hər kəs üçün tarixi bir axşam oldu, xüsusən də, Pike üçün. O, əla oyun göstərdi və biz ondan ən yaxşısını etməsini gözləyirdik. Mən ona dedim ki, o, komandanın əfsanəsidir. Biz ona çox minnətdarıq”.

Pike “Barselona”nın yetirməsidir. Noyabrın 3-də 35 yaşlı futbolçu “Barselona”dan ayrılacağını və peşəkar karyerasını bitirəcəyini açıqlamışdı.

Pike Kataloniya klubunda 14 il ərzində 8 dəfə La Liqa çempionu olub, 7 dəfə İspaniya kubokunu, 6 dəfə superkubokunu qazanıb. O, həmçinin 3 dəfə Çempionlar Liqasının, UEFA superkubokunun və Klublararası dünya çempionatının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button