Xavi jurnalisti məhkəməyə verib

“Barselona”nın baş məşqçisi Xavi “El Pais” və “Cadena SER”in jurnalisti Manuel Jaboisi kobud mesajlar alması ilə bağlı dediklərinə görə məhkəməyə verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, oktyabr ayından mətbuatı kəskin tənqid edən Xavi jurnalistin bu açıqlamalarını tamamilə yalan və özünün şərəfinə təhqir hesab edərək qanuni addım atmaq qərarına gəlib.

2023-cü ilin noyabrında “El Pais”in jurnalisti Kataloniya komandasını “Avropanın klounları” adlandırdığı bir məqalə yazıb. Daha sonra Jabois bu məqaləyə görə Xavinin onunla əlaqə saxladığını və ispaniyalı mütəxəssisdən kobud mesajlar aldığını iddia edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button