“Real” hər həftə La Liqanı tamamilə idarə etmək üçün hakimlər təyin edir” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi klubun prezidenti Xuan Laportanın “Real”in hakimlərə təzyiq göstərməsi haqda verdiyi açıqlamaya münasibət bildirib. 

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Laportanın sözlərini təsdiqləyib:

“Artıq demişəm ki, hakimlərin belə şəraitdə işləməsi mənim xoşuma gəlmir. Lakin onlar bunu hər həftə davam etdirirlər. Hakimlər şərti işarələr verirlər. Laportanın sözləri ilə yüz faiz razıyam. Bu reallıqdır və biz “Barselona” azarkeşlərini aldada bilmərik.

Mən federasiya və ya La Liqanın prezidenti deyiləm. Amma baş verənlərə təəccüblənirəm. Bu problemdir, çünki hakimlər rəqabəti aradan qaldırırlar. “Real” hər həftə La Liqanı tamamilə idarə etmək üçün hakimlər təyin edir. Bu, doğrudur. Bunu hətta kor adam da görə bilər. Dieqo Simeonenin (“Atletiko”nun baş məşqçisi) dediyi kimi: “Biz axmaq deyilik və hər şeyi görürük”. Media bu barədə yazmalıdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button