Rəsmi: Xavi baş məşqçi oldu

Bir neçə gün əvvəl futbolçu karyerasını başa vuran Xavi baş məşqçi təyin olunub.

Komanda.az xəbər verir ki, 39 yaşlı keçmiş futbolçu, son klubu olan “Əl-Sədd”in “sükanı arxasına” keçib.

Tərəflər arasında imzalanan müqavilə 2020-ci ilədək nəzərdə tutulub.

2015-ci ildən oynadığı “Əl Sədd”lə bu il Səudiyyə Ərəbistanı çempionu olan Xavi, bu komanda ilə dörd kubok qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button