“Xavi “Barselona” üçün ideal məşqçidir” – Luis Enrike

PSJ-nin baş məşqçisi Luis Enrike Xavi Hernandesin “Barselona”nı tərk etmək fikrini dəyişəcəyinə ümid edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalılarla qarşılaşma başa çatdıqdan sonra 53 yaşlı mütəxəssis həmkarının gələcəyi ilə bağlı fikirlərini bölüşüb:

“Xavi “Barselona” üçün ideal məşqçidir. Ümid edirəm ki, o, daha uzun illər burada işləyəcək”.

Yanvar ayında Xavi mövsümün sonunda “Barselona”nın baş məşqçisi vəzifəsini tərk edəcəyini açıqlayıb.

Çempionlar liqasının 1/4 finalının PSJ ilə “Barselona” arasındakı cavab oyunu parislilərin 4:1 (ümumi 6:4) hesablı qələbəsi ilə başa çatıb.

Luis Enrikenin özü 2014-2017-ci illərdə “Barselona”da çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button