Xavi Arauxo ilə bağlı söz-söhbətə aydınlıq gətirib

“Barselona”nın baş məşqçisi Xavi komandanın müdafiəçisi Ronald Arauxo ilə bağlı yayılan söz-söhbətlərdən danışıb. Daha əvvəl “Barselona”nın uruqvaylı futbolçunu 100 milyon avroya satmağa hazır olduğu bildirilirdi.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Xavi, Arauxonun “Barsa”da xoşbəxt olduğunu deyib:

“Mən həmişə onunla əlaqə saxlayıram, Ronald onun haqqında nə düşündüyümü çox yaxşı bilir. Onun gələcəyinə şübhəm yoxdur. O, klubumuzda xoşbəxtdir”.

25 yaşlı futbolçu bu mövsüm La Liqada 24 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun “Barselona” ilə müqaviləsi 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button