
Xarici KİV: Zubir “Qarabağ”dan ayrılacaq, Qətər klubuna keçəcək
“Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir cari mövsümün sonunda klubla yollarını ayıracaq.
Komanda.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.
Futbolçunun yeni klubu artıq müəyyənləşib. O, karyerasını Qətər təmsilçisi “Əl Şahaniyə”də davam etdirəcək.
Mənbə bildirir ki, transferin detalları açıqlanmasa da, müqavilənin şərtləri artıq razılaşdırıb.
Zubir 2018-ci ildən “Qarabağ”da çıxış edir. Mərakeş əsilli fransalı vinger “köhlən atlar”ın heyətində 355 oyun keçirib, 77 qol vurub və 94 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



