Xarici KİV: Şahruddin Məhəmmədəliyev Türkiyə klubuna keçib

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” klubuna keçib.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyənin “Fanatik” nəşri məlumat yayıb.

Məlumatda bildirilib ki, 29 yaşlı qapıçı Super Liqa təmsilçisi ilə 2+1 illik müqaviləni razılaşdırıb.

Məhəmmədəliyev yeni komandasına azad agent kimi keçəcək. O, “Adana Dəmirspor”da yerli statusda çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button