Xarici KİV: “Regekampf “Styaua”ya qayıtmaq üçün təzyiq göstərir”

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf yenidən Rumıniyanın “Styaua” komandasını çalışdırmaq istəyir.

Komanda.az “fanatik.ro” saytına istinadən xəbər verir ki, bu iddianı rumıniyalı jurnalist Horia İvanoviçi irəli sürüb.

İddiaya görə, Regekampf tez-tez klub prezidenti Cici Beqaliyə zəng edir:

“Bizdə olan məlumata görə, Regekampf “Styaua”ya qayıtmaq üçün çox təzyiq göstərir. O, son bir neçə gündə davamlı olaraq Beqaliyə zəng edir və onu zəngləri ilə yorub”.

Regekampfın “Neftçi” ilə müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub. 47 yaşlı mütəxəssis 2012-2014 və 2015-2017-ci illərdə “Styaua”ya başçılıq edib. Komanda onun rəhbərliyi altında iki dəfə ölkə çempionu olub, Avropa Liqasının 1/8 final və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button