“Xarı bülbül”lə start

Dekabrın 15-də voleybol üzrə 2022/2023 illər mövsümünə start veriləcək.

Komanda.az xəbər verir ki, mövsümə kişi voleybolçular arasında Yüksək Liqanın debütantı “Xarı bülbül” və MOİK komandalarının oyunu ilə start veriləcək. Görüş saat 14:00-da başlayacaq. Ardınca həm qadın, həm də kişi voleybolçuların çempionatlarının rəsmi açılış mərasimi təşkil olunacaq.

Ötən illərdən fərqli olaraq, bu il həm qadınların, həm də kişilərin çempionatı Yüksək Liqa adlanacaq. Qadınların yarışında “Azərreyl”, “Abşeron”, “Murov” və UNEC klubları çempion adı uğrunda mübarizə aparacaq. Kişilərin mübarizəsində isə MOİK, “Neftçi” “Murov” və Şuşanı təmsil edəcək “Xarı bülbül” qüvvəsini sınayacaq.

Qadın və kişi voleybolçuların yarışı 6 dövrədən ibarət olacaq. Yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.

Çempionatların açılış mərasimi və oyunlar “Voleybol Mərkəzi”də keçiriləcək.

Dekabrda həmçinin, qadınlar və kişi voleybolçular arasında 1-ci liqa yarışlarına da start veriləcək. Həmin gün kişi voleybolçulardan ibarət “Murov” klubunun avrokubok matçı da baş tutacaq. Saat 18:00-da başlanacaq bu qarşılaşmada rəqib Niderlandın “Orion” kollektivi olacaq. Cütün Niderlandda keçirilmiş ilk oyununda təmsilçimiz məğlub olmuşdu. 

15 dekabr
Azərbaycan çempionatı Yüksək liqa (kişilər)
14:00.  Xarı bülbül – MOİK (1-ci tur)
16:00. Azərbaycan çempionatının rəsmi açılış mərasimi

Çelenc kubokunun 1/8 final mərhələsi
18:00. Murov – Orion

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button