Xames Rodriqes İtaliya klubunda?

Son olaraq “Bavariya”da çıxış edən Xames Rodriqes karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Napoli” müqavilə ilə “Real”a məxsus olan Rodriqesi heyətinə qatır. Kolumbiyalı futbolçu üçün Madrid klubu ilə razılıq əldə edən Neapol təmsilçisi, onu icarə əsasında heyətinə qatacaq. İcarə məbləği olaraq “kral klubu”na 10 milyon avro ödəyəcək “Napoli”, bir il sonra 30 milyon avro müqabilində 27 yaşlı futbolçunu birdəfəlik transfer edə biləcək.

“Real”ın 2014-cü ildə 75 milyon avro müqabilində “Monako”dan transfer etdiyi futbolçu, 2017-ci ildən icarə əsasında “Bavariya”da çıxış edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button