Xames “Bavariya”dan ayrılacaq? – Açıqlama

“Bavariya” klubunun idarə heyətinin sədri Karl-Haynts Rummenigge, icarə əsasında komandada çıxış edən Xames Rodriqesin gələcəyiylə bağlı danışıb.

Komanda.az xəbər verir ki, Almaniyanın “Bild” nəşrinə açıqlama verən Rummenigge, kolumbiyalı yarımmüdafəçinin “Bavariya”da qalacağını deyib:

“İnanıram ki, Xames növbəti mövsümdə də “Bavariya”da qalacaq. Baş məşqçi Niko Kovaç da ona inanır və onu komandada görmək istəyir”.

Müqaviləylə “Real”a məxsus olan Xames, 2017-ci ilin yayından “Bavariya”dadır. Onun Münhen təmsilçisindəki icarə müddəti mövsümün sonunda bitir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button