Xabi Alonso: “Qarabağ” çox güclü komandadır”

Almaniyanın “Bayer” klubunun baş məşqçisi Xabi Alonso “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, ispaniyalı mütəxəssis Bakıya iddialı yollanacaqlarını bildirib:

“Qarabağ” çox güclü komandadır, avrokubok təcrübəsi böyükdür. “Qarabağ”ın pley-off mərhələsində “Braqa” ilə hər iki oyununu təhlil etmişik. Tipik “Qarabağ” performansını gördük. Təhlükəli çıxış etdilər və uğur qazandılar. 10 nəfərlə mübarizə aparsalar da, sona qədər əzmkar çıxış etdilər”.

O, bir müddət əvvəl “Bayer”in düşərgəsində olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşündən də bəhs edib:

“Qurban Qurbanovla yaxşı söhbətimiz oldu, aramızda gizlədiləsi heç nə yoxdur. O, yaxşı məşqçidir”.

Alonso argentinalı yarımmüdafiəçi Ezekiel Palasiosun matça hazır olduğunu əlavə edib:

“Sabahkı oyunda da start heyətində çıxış etmək iqtidarındadır. Ondan gözləntimiz yaxşı oynamaq, komandaya kömək etməkdir. Bütün futbolçulardan istəyim budur”.

Martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button