“AFFA-ya müraciət edəcəyik ki, bizə yer versinlər” – Müsahibə

Xəbər verdiyimiz kimi, bu gün Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının iclası keçirilib. İclasda bundan sonra AFFA Azad Həmkarlar İttifaqı adlanacaq təşkilata sədr Nazim Süleymanov seçilib.

Komanda.az xəbər verir ki, Süleymanov, iclasdan sonra jurnalistlərin suallarını cavablandırıb:

  • Əvvəlcə biz təsis qrupu yaratmışdıq. Bu qrupla birgə fəaliyyət göstərirdik. Daha sonra AFFA-nın baş katibi Elxan Məmmədovla da görüşdük. Bu görüşdə bəlli oldu ki, AFFA-da Həmkarlar İttifaqı yoxdur. Bildiyiniz kimi, bu müddət ərzində müxtəlif bölgələrdə olduq. Futbol ictimaiyyətinin nümayəndələri ilə görüşdük. Bundan sonra qərara gəldik ki, belə bir ittifaq federasiyada yoxdursa, bunu Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqı yox, Azərbaycan Futbol Federasiyaları Assosiasiyanın Həmkarlar İttifaqı kimi yaradaq.
  • Bu adla, məsələylə bağlı yəqin AFFA-nın razılığını almısız.
  • Bildiyiniz kimi, Həmkarlar təşkilatı Heydər Əliyevin imzaladığı qanundur. Bu təşkilat heç kimdən icazə almadan öz fəaliyyətini göstərir.
  • Bəzi veteran futbolçular, dəqiq desək, Veteranlar Şurasının sədri Oqtay Abdullayev, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov mətbuata açıqlamalarında, bu görüşə dəvət almamalarını bildiriblər. Eyni zamanda, onlar sanki bu təşkilata “solaxay” baxırlar.
  • Həmkarlar İttifaqı və ya digər təşkilatların hansısa fərqi varmı? Bunlar fərqlidirlər və belə fərq varsa, biz bir-birimizə dəstək olmalıyıq. Digər təşkilatlar haqqında danışmaq fikrində deyiləm. Biz bu təşkilatı bu gün təsis etdik. Kim bu təşkilatın üzvüdürsə, o da iştirak etdi. Biz AFFA-ya müraciət edərək, dəvət etdik. Başqa kimə dəvət göndərməliyik ki?
  • Gələcək fəaliyyətiniz nələrdən ibarətdir?
  • Bu barədə müzakirələr aparıb, danışmışıq. Fəaliyyəti genişləndirmək, bölgələrdə də bu komitəni yaratmaq, eyni zamanda sıralarımızı artırmaq əsas məqsədimizdir. Bu gün üzvlərimizin sayı 150-dən çoxdur. Çalışırıq ki, Azərbaycan futboluna xidmət edək, bu sahədə olan haqsızlıqları aradan qaldıraraq, futbol ictimaiyyətində çalışan insanların haqqlarını qoruyaq.
  • Bu təşkilatın hansı səlahiyyətləri olacaq?
  • Əvvəlcə AFFA-ya müraciət edəcəyik ki, bizə yer versinlər. Bu qurum bizə məhdudiyyət yox, şərait yaratmalıdır.
  • Bəs bu şərait yaradılmayıb, əvəzində AFFA özü belə təşkilat yaratsa, necə olacaq?
  • Biz ictimai təşkilatıq və bu, bizim hamımızındır. Bunun üçün də hamımız birgə çalışmalıyıq.
  • Bölgələrdə nümayəndələrinizin olacağını dediz. Bu istiqamətdə işlər aparılır?
  • Müəyyən görüşlər keçirilib və belə görüşlər davam etdiriləcək. Bölgələrdəki komitələrimizdə də sədr seçib, əsas təşkilata birləşdirəcəyik.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button