Xərçəng xəstəliyinin qurbanı oldu – 34 yaşında
İsveçrəli futbolçu Nikolas Şindelholts xərçəng xəstəliyindən vəfat edib.
Komanda.az İsveçrə mətbuatına istinadən xəbər verir ki, müdafiəçi 34 yaşında vəfat edib.
Ona 2020-ci ilin yayında xərçəng diaqnozu qoyulub. Daha sonra futbolçu peşəkar karyerasını başa vurduğunu açıqlayıb.
Şindelholts ölkəsində “Tun”, “Lütsern” və “Arau” klublarının formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin