Vüsal İsgəndərlinin 45 dəqiqəsi

Futbol üzrə Türkiyə 1-ci liqasında 8-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörəngücü” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Tuzlaspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Vüsal da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və fasilədə əvəzlənib.

“Keçiörəngücü” 8 turdan sonra 4 xalla 19 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button