Vurduğu qolu anasına həsr etdi – FOTO

Ötən gün UEFA Avropa Liqasının B qrupunda “Dinamo”nu (Kiyev) səfərdə 2:0 hesabı ilə məğlub edən “Fənərbaxça”nın ilk qolunu 17 yaşlı yarımmüdafiəçi Arda Gülər vurub.

Komanda.az xəbər verir ki, avrokuboklarda ilk dəfə fərqlənən gənc futbolçu bu qolu anasına həsr edib.

Belə ki, qoldan sonra Gülər formasının altındakı “Ana, səni çox sevirəm” yazısı olan maykanı göstərib.

Oyunda son qolun müəllifi 45+2-ci dəqiqədə fərqlənən Uilyan Arao olub.

“Fənərbaxça” qrup mərhələsini 14 xalla, lider olaraq başa vurub. Kiyev “Dinamo”su isə 1 xalla turniri autsayder kimi tərk edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button