Vüqar Həşimovun xatirə turniri təxirə salındı

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə planlaşdırılan builki şahmat üzrə ənənəvi “ShamkirChess” turniri koronavirus səbəbindən təxirə salınıb.

Komanda.az xəbər verir ki, yarış nəzərdə tutulduğu vaxt – mayda baş tutmayacaq.

Qeyd edək ki, “ShamkirChess” 2014-cü ildən keçirilməyə başlayıb. Hazırkı dünya çempionu Maqnus Karlsen 4 (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə 2 dəfə (2016, 2017) turnirin qalibi olub.

Vüqar Həşimov uzun sürən ağır xəstəlikdən sonra 2014-cü ilin 11 yanvarında vəfat edib.