Vüqar Əsgərov qol vurdu, “Dauqavpils”…

Futbol üzrə Latviya çempionatında 5-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Ventspils” ilə üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Azərbaycanlı futbolçular da bu matçın iştirakçısı olublar. Onların hər üçü start heyətdə meydana çıxıb. Vüqar sonadək oynadığı halda, Bayramlı 67-ci, Sərkərov isə 73-ci dəqiqədə əvəzlənib.

Komandasının yeganə qolunu da əsas “qol silahı” sayılan Əsgərov vurub. Millimizin sabiq forvardı 22-ci dəqiqədə fərqlənib.

“Dauqavpils” hazırda 4 xalla 9 komanda arasında 7-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button