Vüqar Əsgərov oynadı, “Dauqavpils”…

Futbol üzrə Latviya çempionatında 14-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Ventspils”lə üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Azərbaycanlı futbolçulardan yalnız Vüqar bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Turalla Elvinin adı isə ümumiyyətlə bu matçın iştirak ərizəsinə daxil edilməyib.

“Dauqavpils” hazırda 16 xalla 9 komanda arasında 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button