Ukrayna klubunda yeni baş məşqçi

Ukraynanın “Vorksla” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, Poltava təmsilçisinin “sükan”ı Vitali Kosovskiyə tapşırılıb. Bu barədə klubun prezidenti Roman Çernyak yerli mətbuata açıqlamasında deyib.

Kosovski yanvar ayından “Vorskla”nın gənclərdən ibarət komandasını çalışdırırdı.

“Vorskla”da dünən baş məşqçi Vasili Saçkonun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Komanda Ukrayna çempionatında 22 turdan sonra 7-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button