Voleybol: Azərbaycan çempionatlarında ilk final oyunlarının vaxtı açıqlanıb

Voleybol üzrə qadın və kişilər arasında Azərbaycan çempionatlarında ilk final oyunlarının tarixləri məlum olub.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, kişi voleybolçuların Yüksək Liqasında üçüncülük uğrunda və final qarşılaşmalarına aprelin 11-də start veriləcək. Finalda “Xarı bülbül” və “Murov”, bürünc medal uğrunda isə “Neftçi” və MOİK komandaları üz-üzə gələcək.

Qadın voleybolçuların həlledici matçları isə aprelin 12-də başlayacaq. “Abşeron” və “Azərreyl” çempionu, UNEC və “Murov” isə bürünc mükafatın sahibini müəyyənləşdirəcək.

Yüksək Liqaların reqlamentinə əsasən, komandalar bu mərhələdə üç qələbəyədək mübarizə aparacaqlar. Ehtiyac yaranacağı təqdirdə, dördüncü və beşinci qarşılaşmalar təşkil olunacaq.

Oyunlar Voleybol Mərkəzində keçiriləcək.

Yüksək Liqa (kişilər)

Final və bürünc medal uğrunda

11 aprel

1-ci oyunlar
17:00 Neftçi – MOİK
19:00 Xarı bülül – Murov

Yüksək Liqa (qadınlar)

Final və bürünc medal uğrunda

12 aprel

1-ci oyunlar
15:00 Azərreyl – Abşeron
17:00 Murov – UNEC

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button