Voleybol: 2-ci turun oyunlarının təqvimi məlum olub

Qadın voleybolçular arasında Azərbaycan çempionatında 2-ci turun oyunlarının təqvimi məlum olub.

Komanda.az xəbər verir ki, matçlar noyabrın 25-də Bakı və Gəncədə keçiriləcək.

Ev oyunlarını Gəncə Olimpiya İdman Konpleksində keçirən “Gəncə”nin bu dəfə qonağı “Azərreyl” olacaq. Görüş saat 18:00-da başlayacaq.

Həmin gün Bakıda Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində iki görüş baş tutacaq. Əvvəlcə saat 15:00-da “Murov Az Terminal” və “Milli Aviasiya Akademiyası” komandaları meydançaya çıxacaqlar. Saat 18:00-da isə “Abşeron”la UNEC üz-üzə gələcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button