Naqelsmann AÇ-2024-ə aparacağı zədəli futbolçulardan danışıb

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann AÇ-2024-ə dəvət alan futbolçular Florian Virts, Camal Musiala və Leroy Sanenin zədələrindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis ciddi narahatlığın olmadığını bildirib:

“Virts ilə bağlı ciddi narahatlıq yoxdur. Eyni şey Musialaya da aiddir. Lakin o və Sane bu həftəsonu oynamayacaqlar”.

2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirin oyunlarına 10 şəhərin 10 stadionu ev sahibliyi edəcək. Avropa çempionatının son qalibi İtaliya millisidir. Almaniya millisi AÇ-2024-də A qrupunda Şotlandiya, Macarıstan və İsveçrə ilə mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button