Veteranlar 3 min manat uğrunda mübarizəyə başladı

Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə 60 yaşdan yuxarı şahmatçı veteranlar arasında ölkə çempionatına start verilib.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, çempionatın açılış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti (AŞF), Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov veteran şahmatçılar arasında yarışların vacib olduğunu söyləyib. AŞF rəhbəri veteran şahmatçılara daim diqqət ayrılacağını bildirib və Azərbaycan çempionatında qalib olacaq iştirakçının FİDE tərəfindən təşkil olunacaq dünya çempionatında iştirak edəcəyini sözlərinə əlavə edib.

AŞF-nin birinci vitse-prezidenti Faiq Həsənov çempionatdan maraqlı mübarizə gözlədiyini vurğulayaraq, iştirakçılara uğurlar arzulayıb.

Sonra yarışda Mahir Məmmədov birinci lövhədə ilk gedişi edib.

Veteran şahmatçılar arasında ən yaşlı iştirakçı 1939-cu il təvəllüdlü Orxan Əfəndiyevdi.

26 şahmatçının iştirak etdiyi çempionatın ümumi mükafat fondu 3000 manat təşkil edir. Yarış İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button