“İngiltərədə sonuncu mövsümümdür”

“Vest Hem” klubunun futbolçusu Pablo Zabaleta 2019/20 mövsümünün sonunda İngiltərədən ayrılacaq.

Komanda.az xəbər verir ki, bu barədə argentinalı müdafiəçi yerli mətbuata açıqlamasında deyib:

“İngiltərədə sonuncu mövsümümdür. Ondan sonra nə olacaq, bilmirəm. Özümə və azarkeşlərə qarşı dürüst olacam”.

2008-2017-ci illər aralığında “Mançester Siti”də forma geyinən Zabaleta, 2017-ci ildən “Vest Hem”də çıxış edir. Onun London təmsilçisi ilə müqaviləsi 2020-ci ilin yayına qədərdir.