“Verrattinin bu qədər möhtəşəm olduğunu bilmirdim” – Neymar

PSJ-nin hücumçusu Neymar Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Real” üzərində qələbədən (1:0) sonra açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı futbolçu, parislilərin yarımmüdafiəçisi Marko Verratti haqda xoş sözlər deyib:

“Verrattinin əla futbolçu olduğunu bilirdim, amma bu qədər möhtəşəm olduğunu bilmirdim. O, dahidir.

Verratti, Xavi və İnyesta ilə birlikdə, oynadığım ən yaxşı yarımmüdafiəçilərdən biridir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button