Vardi 30 illik rekordu qırdı

“Lester”in hücumçusu Ceymi Vardi İngiltərə Premyer Liqasının “Bernli” ilə matçında komandasının ikinci qolunu vurub (2:0).

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu, 35 yaşlı hücumçunun 30 yaşından sonra Premyer Liqada 94-cü qolu olub.

Bununla da, Vardi 30 ildən sonra Yan Raytın 93 qolluq rekordunu qırıb.

“Nyukasl”ın keçmiş hücumçusu Alan Şirer Premyer Liqada yaşa görə qol vuranlar siyahısında üçüncüdür – 84.

Vardinin cari mövsümdə Premyer Liqada 17 oyunda 10 qolu var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button