Şimali Makedoniya yığmasının sabiq üzvü Bakı klubunun hədəfində

“Vardar” klubunun futbolçusu Boyan Naydenov karyerasını Azərbaycanda davam etdirə bilər.

Komanda.az “sportmedia.mk” saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə “Səbail” klubu maraqlanır.

Naydenov “Səbail”lə yanaşı, daha bir neçə klubun hədəfindədir. Lakin yarımmüdafiəçinin Bakı klubu ilə müqavilə imzalamaq ehtimalı yüksəkdir.

Naydenov 2020-ci ilin avqustundan “Vardar”da çıxış edir. Yarımmüdafiəçi karyerası ərzində ölkəsində “Horizont”, “Rabotniçki”, İranda “İstiqlal”, Misirdə “Smuxa” və Albaniyada “Laçi”də forma geyinib.

Naydenov Şimali Makedoniya yığmasında 4 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button