Varan “Real”dan ayrılır? – Açıqlama

“Real”ın futbolçusu Rafael Varan komandadan ayrılacağı iddialarıyla bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, Fransa mətbuatına danışan müdafiəçi, haqqında çıxan xəbərləri təkzib edib:

“Real”da xoşbəxt olmadığımı deyirlər. Ancaq bu səhvdir, Madriddə çox xoşbəxtəm. Dünyanın ən böyük klubunda oynayıram. Burda olmaq çətindir, çünki hər il titul qazanmalısız.

Mətbuatda baş verənləri idarə edə bilmərəm. Dediklərinin çoxu düzgün deyil. “Real”da xoşbəxtəm”.

Fransa mətbuatı Varanın “Real”dan ayrılmaq istədiyini iddia edir. 26 yaşlı müdafiəçiylə “Bavariya”, “Mançester Yunayted” və PSJ ciddi maralanır.

“Real”la 2022-ci ilə qədər müqaviləsi olan Varan, bu mövsüm La Liqada 24 qarşılaşmada iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button