“VAR futbolun bütün sevincini öldürür” – Anri

Fransa milli komandasının sabiq futbolçusu Tyerri Anri VAR sisteminin futbolun inkişafına mənfi təsir göstərdiyini deyib.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, “Arsenal”ın və “Barselona”nın keçmiş hücumçusu VAR-ın oyundan həzz almağı çətinləşdirdiyini deyib: 

“Qol vurdun və qeydə alınıb-alınmayacağını belə, bilmirsən. Sevinmək mümkündürmü? Bunu qeyd etməyə dəyməz, yoxsa dəyər? Bilinmir. VAR futbolun bütün sevincini öldürür, oyundan həzz almağı çətinləşdirir”.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button