“…bəlkə də, rəqib artıq qorxur” – Bekker

“Liverpul”un qapıçısı Alisson Bekker açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, mövsümü dəyərləndirən braziliyalı qolkiper, Vircil Van Dayk haqqında danışıb:

“Van Dayk komandaya və futbolçulara böyük inam verir. O meydanda olanda, bəlkə də, rəqib artıq qorxur. Mənim üçün o, xüsusidir. Bizim Joel Matip, Co Qomes, Deyan Lovren kimi müdafiəçilərimiz var. Hər kəs bu mövsüm böyük iş gördü. Amma Vircildə xüsusi nələrsə var.

Komanda olaraq gözəl xatirələrin olduğu yaxşı bir mövsüm keçirdik. Burda yüksək səviyyəli heyət, futbolçular və azarkeşlərlə birlikdə olduğum üçün xoşbəxtəm. Hər gün bura gəlmək və məşq etmək, meydana çıxmaq, komanda yoldaşlarım, azarkeşlər, ailəm üçün ən yaxşısını edərək, böyük bir uğur əldə etmək üçün həyəcanlanıram.

Mənim burda oynadığım futbol Braziliya və İtaliyada oynadığımdan fərqlənmir. Premyer Liqaya gələrək, karyeramda böyük bir addım atdım”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button