Van Dayk həmyerlisi haqda: “Onun fəlsəfəsi “Liverpul”a uyğun gəlir”

“Liverpul”un müdafiəçisi Vircil van Dayk Arne Slotun komandaya baş məşqçi kimi mümkün təyinatı haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu, həmyerlisi olan mütəxəssisin ən yaxşı məşqçilərdən biri olduğunu bildirib:

“Arne Slot hazırda ən yaxşı niderlandlı məşqçilərdən biridir. Onun fəlsəfəsi “Liverpul”a uyğun gəlir. Amma oxuyuram və eşidirəm ki, hələlik hər şey başa çatmaqdan çox uzaqdır”.

“Liverpul”un hazırkı baş məşqçisi Yurgen Klopp mövsümün sonunda postunu tərk edəcək.

32 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 44 matçda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button