
“Bir dəfə Zidanı zədələmişdim və o anda ölmək istəyirdim”
“Real”ın yarımmüdafiəçisi Federiko Valverde bəzən güclü zərbələri ilə qapıçıları zədələdiyini etiraf edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçu bunu deyib:
“Bəli, bu, bir neçə dəfə baş verib. Rəqibin çiyin bağları cırılmışdı və hətta çiyin də öz yuvasından çıxırdı. Bir dəfə də Luka Zidanı zədələmişdim və o anda ölmək istəyirdim. Çünki o, tanınmış məşqçinin – Zinəddin Zidanın oğludur. Öz-özümə dedim ki, “məni “Real”dan qovacaqlar”.
27 yaşlı futbolçu bu mövsüm son 7 oyunda 7 qol vurub. O, mart ayında, UEFA Çempionlar Liqasında “Santyaqo Bernabeu”da “Mançester Siti”yə qarşı oyunda het-trik etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



