İddia: Valverde “Barselona”dan gedir, o gəlir

Son zamanlar “Barselona”dakı gələcəyi müzakirə olunan Ernesto Valverdenin ayrılacağı halda, yerinə gətiriləcək mütəxəssisin adı bəlli olub.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu, Valverdeni istefaya göndərəcəyi halda, onun yerinə Belçika millisinin baş məşqçisi Roberto Martinesi gətirməyi planlaşdırır.

Klub rəhbərliyinin Valverdenin arxasında durmasına baxmayaraq, təzyiqlərin artdığı və baş məşqçi dəyişikliyinə hazırlaşdıqları bildirilir.

Məsələylə bağlı açıqlama verən Martines, “Belçika Futbol Federasiyasının prezidenti ilə danışmadan heç bir klubla razılaşmayacam” deyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button