Onu daha kimlər istəmir ki…

“Valensiya”nın futbolçusu Xose Luis Qaya mövsümün sonunda klubu tərk edə bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi Avropanın nəhəng klublarının diqqət mərkəzindədir. Qaya ilə İspaniyada “Barselona”, “Real”, Fransada isə PSJ yaxından maraqlanır.

“Valensiya” komandanın əsas futbolçularından olan Qayanı satmaq istəməsə də, koronavirus pandemiyasının yaratdığı maliyyə problemlərinə görə müdafiəçinin ayrılmasına icazə verə bilər.

İspaniya milli komandasına da dəvət alan Qaya bu mövsüm “Valensiya” forması ilə 24 oyunda 4 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun “transfermarkt”da dəyəri 35 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button