“Heç vaxt Qana millisindən imtina etməyi düşünmədim”

“Mançester Siti”nin və Qana yığmasının yarımmüdafiəçisi Antuan Semenyo milli komanda seçimi ilə bağlı açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ailəsinin təsirinin onun qərarında mühüm rol oynadığını bildirib:

“Anam və atam əslən qanalıdırlar. Onlar heç vaxt İngiltərə haqqında danışmayıblar. Əlbəttə, İngiltərədə yaşayanda daim “sən İngiltərəni təmsil etməlisən” kimi söhbətlər eşidirsən. Amma mən heç vaxt bunu ciddi düşünməmişəm. Qana millisi mənimlə 19-20 yaşımda əlaqə saxladı və heç vaxt bundan imtina etməyi düşünmədim”.

Semenyo əlavə edib ki, uşaqlıqdan Qana millisinin dünya çempionatındakı oyunlarını izləmək onun üçün xüsusi hisslər yaradıb:

“Qana millisinin dünya çempionatında oyunlarını izləmək çox özəl idi. Anam, atam, dayılarım, bibilərim, əmioğulları və xalaoğulları – hamımız bir evdə toplanıb matçlara baxır, sevinir, qışqırırdıq. O hisslər həqiqətən möhtəşəmdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button