Uruqvay millisinin “sükan”ı 67 yaşlı məşqçiyə tapşırılır

Uruqvay milli komandasının yeni baş məşqçisinin adı məlum olub.

Komanda.az “Marca”ya istinadən xəbər verir ki, Uruqvay millisinin “sükan”ı Marselo Byelsaya tapşırılacaq.

Tərəflər arasında danışıqlar son mərhələdədir.

Müqavilə 2026-cı il dünya çempionatının seçmə mərhələsinin sonuna qədər qüvvədə olacaq.

Uruqvay yığması seçmə mərhələni uğurla keçsə, müqavilə müddətinin uzadılması mümkündür. 

67 yaşlı Byelsa əvvəllər “Velez Sarsfild”, “Espanyol”, Argentina, Çili millilərində, “Atletik”(Bilbao), “Marsel”, “Latsio”, “Lill”, “Lids” klublarında işləyib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button